Bu ilin noyabr ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı əvvəlik ayla müqayisədə 0,6 faiz bəndi azalıb.
“Global Stats” Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı dekabrın 1-nə 53,2% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz bəndi azdır.
Mərkəzin məlumatına əsasən, bu ilin noyabr ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı oktyabr ayı ilə müqayisədə 0,5 faiz bəndi artaraq dekabr ayının 1-nə 45,4% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,7 faiz bəndi azdır.
Hesabatda dekabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,37% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,42 faiz bəndi azdır. Bu seqment üzrə noyabr ayı ərzində (oktyabr ayı ilə müqayisədə) 0,1 faiz bəndi artın müşahidə olunub.