Azərbaycanda marketlərdə verilən torbalar pullu olacaq

Date:

Paylaş:

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.

Bizplus.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, plastik tullantılardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

U.Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq.

Umayra Tağıyeva qeyd edib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb.

Sakinlər də bu torbaların ziyanlı olması barədə məlumatlı olduqlarını, sadəcə məcbur qaldıqlarına görə istifadə etdiklərini deyirlər.

Məhdudlaşdırıcı tədbirlərin davamı olaraq yaxın zamanda ölkədə birdəfəlik istifadə olunan ən kiçik plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...