Azərbaycanda mərkəzləşdirilmiş yemək sifarişi saytı yaradıldı

0
1326

ABŞ haqqında deyirlər ki, bu ölkə arzuların gərçəkləşdiyi və “Start Up”-ların reallaşdığı yerdir. Amma son illər ərzində Azərbaycanda da kifayət qədər maraqlı ideyalar reallaşıb və öz bəhrəsini verib.

Yeni layihə deyərkən, ötən həftə baş tutmuş təqdimatı gərək mütləq qeyd edək.

Söhbət mərkəzləşdirilmiş yemək sifarişi, “Foodorder.az” saytından gedir. Bu platforma vasitəsi ilə siz 20-ə yaxın kafe və restorandan, iş yerinizi və ya evinizi  tərk etmədən şəhərimizin ən tanınmış restoran və kafelərindən müxtəlif növ fast food, yeməklər sifariş edə bilərsiniz.

“Foodorder.az” həm web üzərindən həm mobil cihazlar üzərindən istifadə oluna biləcək bir platformadır. İstifadəsi çox sadə və asan olan sayt 3 dildə (az,rus,eng) dillərində müştərilərinə xidmət göstərir. “Foodored.az” saytının digər saytlardan fərqləndirən bir neçə xüsusiyyətləri vardır. Gəlin onlarla tanış olaq:

1. “Foodorder.az” müştəriləri hətta çatdırılma xidməti olmayan məs (Mcdonalds, KFC, Burgerking) kimi fastfood şəbəkələrindən də sifariş edə biləcək. Ayrıca müştərilər sifariş verdikcə bonuslar toplayacaq, və bir növbəti sifarişlərində güzəştli endirimlır əldə edəcəklər

2. “Foodorder.az” saytı özündə ən məşhur restoranları cəmləşdirib və restoranlar siyahısı artmaqda davam edir. 

3. “Foodorder.az” platforması öz müştərilərinin rahatlığını düşünərək saytda Online ödəmə xidmətini də aktiv etmişdir. Bu yolla müştərilər nağd ödəniş etmədən, öz hesablarını online şəkildə ödəyə biləcəklər.

4. Platformada daha bir funksiya isə restoranların reytinqə uyğun olaraq sıralanmasıdır. Bu sıralanma isə sırf müştərilərin verdikləri xallar hesabına olacaqdır. Hər bir müştəri sifariş verdikdən sonra öz sifarişini sayt vasitəsi ilə qiymətləndirəcək. Bu qiymətləndirmə əsasında “Foodored.az” saytı restoranlara ballar verəcək.

Bir sözlə “Foodorder.az” öz müştərilərin bütün rahatlığını düşünüb, onlar üçün istifadəsi sadə olan bir platforma yaradıb.