Azərbaycanda işdən çıxarılan işçi müdirini öldürdü – YENİLƏNİB + FOTO

Date:

Paylaş:

Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizplus.az-ın məlumatına görə, Xeberle.com saytı hadisənin bəzi təfərrüatlarını əldə edib.

Bildirilir ki, mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.

Hadisəyə gəldikdə, V.Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.

Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.

V.Novruzovun psixi problemlərinin olduğu bildirilir.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüsal Novruzov saxlanılıb.

Araşdırma aparılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...