Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizplus.az-ın məlumatına görə, Xeberle.com saytı hadisənin bəzi təfərrüatlarını əldə edib.
Bildirilir ki, mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.
Hadisəyə gəldikdə, V.Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.
Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.
V.Novruzovun psixi problemlərinin olduğu bildirilir.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüsal Novruzov saxlanılıb.
Araşdırma aparılır.