Azərbaycanda “İnstagram”ın bazar payında böyük artım

Date:

Paylaş:

Bu ilin yanvar ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 2019-cu ilin dekabr ayı ilə müqayisədə 0,2 % bəndi artıb.

“Global Stats” statistika mərkəzinin məlumatına görə, fevralın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 38,8% təşkil edib ki, bu da ötən illə müqayisədə 0,47 faiz bəndi azdır. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “İnstagram” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 3,17 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevralın 1-nə 19,8% təşkil edib. Bu da ötən ilin analoji göstəricisindən təqribən 13 faiz bəndi çoxdur.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 0,46 faiz bəndi artıb. Fevralın 1-nə olan məlumata görə, “Pinterest” Azərbaycan sosial media bazarında 16,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Twitter”  – 13,26, “YouTube” – 8,95%, “VKontakte” – 0,79% və s.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...