“Real Estate & İndustrial Development” MMC (VÖEN: 1300128641) fəaliyyətinə xitam verilərək “Reliance” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1401766831) qoşulduğunu elan edib.
“Reliance” Məhdud Məsuliyyətli Cəmiyyəti “Real Estate & İndustrial Development” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilib.
“Real Estate & İndustrial Development” MMC 170 min manat nizamnamə kapitalına malik olub. Şirkətin hüquqi ünvanı Bakı, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov ev 1-dir.