Azərbaycanda “Gizzli” adlı tamamilə unikal sosial şəbəkə fəaliyyətə başlayıb.
Bu barədə sosial şəbəkəni hazırlayan şirkətdən- “Pomodoro Digital”dan bildirilib.
Sosial şəbəkənin digər sosial şəbəkələrdən ən fərqli və unikal cəhəti, istifadəçilərinin tamamilə anonim qalmasıdır. Belə ki, qeydiyyat zamanı yalnız bir neçə məlumat tələbindən sonra istifadəçi özü barədə heç bir məlumat yerləşdirmir, birbaşa digər şəxslərin paylaşımlarına baxa, paylaşımlara şərh yaza, həmçinin müəyyən edilmiş mövzularda öz “axınlar”-ını paylaşa bilər.
Sosial şəbəkə vasitəsilə istifadəçilər öz yaxınlığında olan axınları izləmə imkanı da əldə edirlər. Bundan başqa platforma istifadəçilərə geniş imkanlara malik mesajlaşma funksiyası da təqdim edir.
Onu da bildirək ki, mesajlaşma funksiyası da tamamilə anonimdir və istifadəçilər bir-birilərinin ad və soyadları da daxil olmaqla heç bir şəxsi məlumatını görmə hüququna malik olmur.
Şirkətdən onu da bildiriblər ki, aktiv istifadəçilər hər ay müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.