Azərbaycanda 2019-ci ilin yanvar ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 38,3 milyon manat dəyərində məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Əvvəlki ilin yanvar ayı ilə müqayisədə toxuculuq sənayesində 56,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 1,5 faiz artım, geyim istehsalında isə 32,3 faiz azalma müşahidə olunmuşdur.
Bildirək ki, cari ilin ötən ayında Azərbaycanda 13,183 tonluq pambıq lifi, 3 755 tonluq pambıq iplik istehsal edilib. Ötən ayda 9,8 min ədədlik üst geyim məhsulları istehsal edilib.
Banker.az