Bizplus.az xəbər verir ki, həm Zaqatala, həm də Xaçmaz bölgəsində fındıq qiymətləri artmağa davam edir. Xüsusilə də, bu sezon məhsulun az olmasından irəli gələrək mal anbarda saxlamağa üz tutan bəzi emal fabrikləri qiymət rəqabətində yarışırlar. Fermerlərə bugün Atababa qabıqlı fındığına görə 3.50-4 manat/kq, Xaçmaz qabıqlı fındığına 4.50-5 manat/kq pul ödənilir.
Azərbaycanın fındıq ixracatçı şirkətlərinin Avropa və Rusiyaya göndərdiyi qiymətlər gürcü və türk fındığından bahalı olduğunu üçün Avropada alınmır, Rusiyada isə ucuzuna satılır. Fikrimizcə, məhz bu dövr qiymətlərin ən yaxşı dövrü sayıla bilər. Avropa və Rusiyada istədiyi qiymətləri ala bilməyən fındıq ixracatçıları sonradan alış qiymətlərini aşağı çəkə, beləliklə, məhsulunu sezonun əvvəlində satan fermer, onu sezonun ortasına qədər saxlayandan daha baha satmış ola bilər.
Hal-hazırda fermerlər üçün sürətli satış, fabriklər üçün isə gözləmə mövqeyi məqbul siyasət hesab olunur. Çünki fermerlər gələcəkdə qiymət düşməsindən, fabriklər isə zərərinə məhsul ixrac etməkdən özünü sığortalamış olur.