Azərbaycanda elektron ədliyyə köşkü yaradılıb

Date:

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də “Notariat haqqında” Qanuna edilmiş mühüm dəyişikliklərə əsasən, məsafədən xidmətlərin göstərilməsini mümkün edən, dünyada təkrarı olmayan, Azərbaycanda istehsal edilmiş elektron ədliyyə köşkü yaradılıb.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən  verilən məlumata görə, həmin köşklərin təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə quraşdırılması nəzərdə tutulur. Bu da notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda vətəndaşların istifadəsinə verilmiş elektron ədliyyə köşkü xaricə getmək arzusunda olan, yetkinlik yaşına çatmamış şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin rəsmiləşdirilməsinə imkan verir. Qanunvericiliyin tələblərindən irəli gələrək ölkədən getməyə hazırlaşan uşağın sərhəddən keçməsi üçün digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi zəruridir. Bu ərizələri əvvəlcədən verməyi unutmuş valideynlər həmin razılıqlarını vaxt itirmədən və heç bir yerə getmədən hava limanında quraşdırılmış ədliyyə köşkü vasitəsilə əldə edə bilərlər.

Bunun üçün şəxsiyyət vəsiqəsini, habelə uşağın və onunla gedəcək valideynin pasportunu təqdim etmək kifayətdir. Göstərilən xidmət videolentə yazılmaqla yaddaşda saxlanılır.

Elektron ədliyyə köşkü həftənin bütün günləri 24 saat fəaliyyət göstərir.

Gələcəkdə həmin innovativ qurğu vasitəsilə digər xidmətlər də göstəriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...