Azərbaycanda DSMF ödənişlərində yeni məbləğlər açıqlanıb

Date:

Paylaş:

Azərbaycanda sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artıb.

Bizplus.az xəbər verir ki, bu – «Sosial Sığorta haqqında» qanuna 2019-cı ildə edilən və 2020-ci ildə qüvvəyə minən dəyişikliklərlə bağlıdır. Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, 2020-ci ildən etibarən sahibkarlar Dövlət Sosial Müdafiə Fonduna (DSMF) fəaliyyətlərindən asılı olaraq – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50%-i, digər sahələrdə 25%-i miqdarında ödəniş edəcəklər.

Bu o deməkdir ki, bu ödənişlər artıq yanvarın 1-dən qüvvəyə minmiş hesab olunur və yanvar üzrə MDSS ödənişləri fevralın 15-nə qədər ödənməlidir.

Başqa sözlə, indiyədək Bakıdakı sahibkarlar ayda 50 manat DSMF ödənişi edirdilərsə, yanvarın 1-dən bu məbləğ minimum əmək haqqının 25%-i qədər, yəni 62,5 manat (minimum əmək haqqı 250 manat * 25%) olacaq.

Respublikanın digər bölgələrində artım daha yüksək olacaq. Belə ki, bu ildən etibarən təkcə ödənişin dərəcəsi deyil, bu ödənişin məbləği ilə bağlı Bakı və digər regionlar arasındakı fərq də aradan qalxacaq.

Qeyd edək ki, DSMF ödənişi Bakıda 50 manat olduğu halda, Sumqayıt və  Gəncədə 45 manat, Respubilka tabeli şəhərlərdə 40 manat, rayon mərkəzlərində 30 manat, kənd yerlərində isə 25 manat təşkil edirdi. Yanvarın 1-dən etibarən isə bütün ölkə üzrə bu məbləğ 62,5 manat oldu.

Təqribən eyni dəyişikliklər tikinti və ticarətlə məşğul olan sahibkarlara da aid olacaq. Qanuna görə, bu fəaliyyətlə məşğul olanlar minimum əmək haqqının (yəni 250 manatın) 50%-i qədər DSMF ödənişi etməlidirlər. Bakıda bu məbləğ indiyədək də 125 manat, Sumqayıt və Gəncədə 112,5 manat, Respubilka tabeli şəhərlərdə 80 manat, Rayon mərkəzlərində 75 manat, kəndlərdə – 62,5 manat idi.

Yanvarın 1-də isə bu ödənişin məbləği də bütün ölkə üzrə eyni olacaq – 125 AZN.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...