Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq “Vogue Hotel Nabran” müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilir.
Hotel müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib.
Qeyd edək ki, koronavirus infeksiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Vogue Hotel Nabran” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.
Trend.az