Azərbaycanda daha 2 “ABAD” regional mərkəzin açılışı olacaq

Date:

Paylaş:

Azərbaycanda daha 2 “ABAD” regional mərkəzin açılışı olacaq.

Bu barədə  məlumat verən ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova deyib ki, ilin sonuna kimi İmişli və Şəki rayonlarında 2 “ABAD” regional mərkəzin açılışı nəzərdə tutulub. Bundan başqa Şəkidə “ABAD” Məktəb və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi fəaliyyət göstərəcək. Bu cür Tətbiqi Sənət Mərkəzi Nardaranda da öz qapılarını açacaq.

T.Qasımova əlavə edib ki, hazırda “ABAD” 303 ailəyə dəstək göstərir, onlar arasında 43-ü qida məhsullarının istehsalı sahəsində, 260-ı isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışır.

Qeyd edək ki, “ABAD” mərkəzləri tərəfindən ölkəmizdə dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.

“ABAD” mərkəzləri həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...