2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.
“Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət “Qala Sığorta” ASC-dir. Bu şirkət hesabat dövründə 1,963 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta”dır. Bu şirkətin ödənişləri ötən il 49,52 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkət il ərzində 8,064 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 73,3% azalaraq 14,72 milyon manata düşüb.