Hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir.
Bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 faiz artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.