Azərbaycanda 1 ayda işsizlik göstəricisi necə dəyişib?

Date:

Paylaş:

Azərbaycanda məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyata alınmış işsiz şəxslərin sayı artıb.

Bizplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, martın 1-ə olan məlumata görə, ölkədə rəsmi qeydiyyata alınan 90,8 min nəfər işsiz var. Bu fevralın 1-i ilə müqayisədə 4,6 min nəfər və ya 5,3% artıqdır. Xatırladaq ki, fevralın 1-də qeydiyyatda olan işsizlər 86,2 min nəfər idi.

İşsizlərin 27 454 nəfəri Bakıda, 63 325 nəfər isə regionlardadır.

Ötən ayla müqayisədə Bakıda işsizlərin sayı 543 nəfər, regioelarda 4100 nəfər artıb.

DSK-nin məlumatlarına görə, ölkədə işsizlərin 1%-dən də az hissəsi işsizlikdən sığorta ödənişi alır.

Martın 1-ə olan məlumata görə, ölkədə cəmi 501 nəfər işsizlikdən müavinət alır. Bu bütün işsizlərin 0,6%-i və ya hər 10 min işsizdən 55 nəfərin sığorta ödənişi alması deməkdir.

İşsizlik sığortası alanların payı Bakıda daha yüksəkdir. Martın 1-ə olan məluiata görə, paytaxtda 27 454 işsizdən 305 nəfər ödəniş alır ki, bu da işsizlərin 1,1%-i deməkdir.

Bölgələrdə isə işsizlik müavinəti alanların sayı olduqca aşağıdır.

Bölgələrdə 63 325 işsizdən cəmi 196 nəfər və ya bütün işsizlərin 0,3%-dir. Başqa sözlə, bölgədəki hər 10 min işsizdən cəmi 31-i işsizlikdən sığopta ödənişi alır.

Qeyd edək ki, martın 1-ə olan məlumata görə, işsizlikdən sığorta ödənişinin məbləği 339 manat təşkil edir. Bu bir ay əvvəllə müqayisədə 43 manat artıqdır, bir ay əvvəl bu məbləğ 296 manatdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...