Azərbaycanda Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması şərtləri müəyyənləşib

Date:

Paylaş:

“Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması 2020-ci ildən tez mümkün olmayacaq”.

Bu barədə  “Azərbaycan-Ərəb Ölkələrinin Əməkdaşlığı” İctimai Birliyinin (AACC) icraçı direktoru Yalçın Əliyev bildirib.

Onun sözlərinə görə, fond üçün vəsaitlərin konsolidasiyası ilə bu təşəbbüslə çıxış edən və müxtəlif mənbələrdən 200-300 milyon ABŞ dolları məbləğində ərəb sərmayəsi cəlb etməyə hazır olan Bəhreynin BCNG maliyyə şirkəti məşğul olacaq.

“İnvestisiya fondunun yaradılması üçün ilk növbədə Azərbaycan və Bəhreyn arasında qarşılıqlı investisiyaların qorunması üzrə hökumətlərarası saziş imzalamaq lazımdır. Hazırda saziş layihəsi Bəhreyn tərəfindən təsdiqlənmə mərhələsindədir”, – AACC-nin icraçı direktoru deyib.

Y.Əliyev qeyd edib ki, fond kapitalda iştirak etməklə kiçik və orta müəssisələrə investisiya qoymağı planlaşdırır: “İnvestisiya əsasən nou-hau, İT-sektor, turizm, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı sahələrinə qoyulacaq. İnvestorlar arasında startap layihələrlə maraqlananlar da ola bilər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...