Azərbaycanda ən çox yüklənən mobil proqramların siyahısı açıqlandı

Date:

Paylaş:

İstifadəçilərə sürətli əməliyyat imkanı təklif edən mobil cihazlar onlar üçün əvəzsiz rol oynayır. Mütəxəssislərin fikrincə, mobil saytlardan fərqli olaraq, tətbiqlər bir çox məlumatı cihaz yaddaşında saxlayır və bir neçə saniyədə istəkləri yerinə yetirir. Bank, mağaza, maliyyə, oyun və xəbərlərlə bağlı olan bəzi proqramlar offline rejimdə də işləyir. Bu isə mobil tətbiqlərə olan marağı artırır.

Bizplus.az Azərbaycanda istifadəçilər tərəfindən ən çox yüklənilən yerli mobil tətbiqlərin siyahısını təqdim edir.

Siyahıya Kapital Bankın hazırladığı BirBank tətbiqi liderlik edir. Bu tətbiqi Google Play Market-dən 1 milyondan çox istifadəçi yükləyib.

Yüklənmə sayına görə,növbəti yerlərdə “Azercell Kabinetim”, “Mənim Bakcellim”, “Unibank Mobile”, “Hesab.az”, “IBAM Mobil Bank” gəlir. Adıçəkilən tətbiqlər 100 min dəfədən çox yüklənib.

MilliÖn, Nar+ tətbiqləri 50 mindən çox, Bakcell Ulduzum və Rabitabank tətbiqi isə 10 min dəfədən çox yüklənib.

Qeyd edək ki, nəticəyə əsasən, məlum olur ki, Azərbaycanda ən çox yüklənilən tətbiqlər bank, mobil operator və ödəniş sistemləri ilə bağlıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...