Azərbaycanda ən çox gəlir gətirən qiymətli kağız məlum oldu

0
1103
səhm haqqında

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb. İstiqrazların market meykeri olan «PSG Kapital» şirkətindən verilən məlumata görə, ötən il təkrar bazarda 89 230 SOCAR İstiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə bu günədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.

2017-ci ildə SOCAR İstiqrazları ilə əməliyyatlar
 Ticarət olmuş istiqrazların sayı :                         89 230
 Həcmi :               $  89 535 626

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR İstiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.

2017-ci ildə istiqraz təkrar bazarı (ipoteka istiqrazı xaric)
SOCAR  $   89 535 626 66,8%
digər Korporativ  $   16 972 518 12,6%
Dövlət  $   27 516 320 20,6%
Cəmi:  $ 134 024 464 100%

2017-ci ildə SOCAR İstiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub. Ötən il qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR İstiqrazlarının payına dühür.

İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib.

Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib.
Qeyd edək ki, REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5%-4%) kredit götürməyə imkan verir. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər. REPO əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin olduqca əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5% olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər.

Məhz bu üstünlük nəticəsində istiqraz sahibləri REPO əməlimyyatlarına  böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 11,6 milyon dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının yarıdan çox hissəsi SOCAR İstiqrazlarının payınac düşüb. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb.

2017-ci il üzrə REPO bazarı (dollarla ifadə)
SOCAR İstiqrazları 13 REPO müqaviləsi  $  11 692 646 57%
Digər istiqrazlar 20 REPO müqaviləsi  $    8 704 496 43%
Cəmi:  $  20 397 142 100%

2017-ci ildə SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənilib. 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Bununla da SOCAR İstiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub.

2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq.

SOCAR İstiqrazları haqqında:
Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır.  İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

fed.az