“İxrac icmalı”nın növbəti buraxılışında bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb. İcmala əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:
- “MKT İstehsalat Kommersiya” MMC;
- “Socar Polymer” MMC;
- “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi;
- “Caspian enerji-2020” MMC;
- “P-Aqro” MMC;
- “Food Export Şəmkir” MMC;
- “Sun Food” MMC;
- “Baku Steel Company”;
- “Nine Climate” MMC;
- “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Siyahıda ikinci yerdə “Azərenerji” ATSC, üçüncü yerdə isə “Azəralüminium” MMC durur.