Azərbaycana rəsmi telefon idxalında artım müşahidə olunub

Date:

Paylaş:

Bu ilin birinci rübündə Azərbaycana 241 min 300 ədəd mobil telefon və digər simsiz rabitə vasitələri tədarük edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin ilk üç ayında mobil telefonların idxalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 38,3% artıb.

Bu tendensiya əsasən fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün mobil telefonların idxalına gömrük nəzarətinin gücləndirilməsi ilə bağlıdır.

Bu dövr ərzində idxal olunan mobil telefonlar Azərbaycan gömrük orqanlarında 29 milyon 477 min 620 ABŞ dollar və ya bir ədədi üçün 122,1 ABŞ dolları məbləğində bəyan edilib. 2018-ci ilin I rübündə mobil telefonların orta gömrük dəyəri 92 dollar idi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...