2019-cu ildə Azərbaycan ümumilikdə 677,49 ton badam idxalı üçün 4 milyon 448 dollar xərclənib.
Badam iki cür – qabıqlı və qabığı təmizlənmiş şəkildə idxal edilib. Qabıqlı badam idxalı 639,54 ton, qabığı təmizlənmiş badam idxalı 37,95 ton olub.
Azərbaycanın qabıqlı badam idxal etdiyi ölkələr sırasında Çili birinci yerdədir. Ölkəyə gətirilən qabıqlı badamın 68,5%-i Çilidən gətirilir. Çilidən 79,8 min dollarlıq badam idxal edilib.
Azərbaycanın qabığı təmizlənmiş badam idxalında ən çox payı olan ölkə ABŞ-dır. ABŞ-dan 4 milyon 80 min dollarlıq badam idxal edilib. Azərbaycan ABŞ-dan idxal etdiyi qabığı təmizlənmiş badam miqdarı ümumi idxal edilən qabığı təmizlənmiş badam miqdarının 95,8%-ni təşkil edir.
Ölkəyə gətirilən ən bahalı badamlar Rusiya, İsrail, Niderland və İspaniyadan idxal edilən badamlardır. Ötən il qabıqlı badam idxalında 1 kilosuna düşən qiymətə görə ən baha badam Niderland və İspaniyadan idxal edilir. Niderlanddan idxal edilən badamın kilosu 10 dollar, İspaniyadan idxal edilən badamın kilosu 7 dollar olub.
Azərbaycanın idxal etdiyi ən bahalı badamlar Rusiya və İsraildən idxal edilən badamlardır. Qabığı təmizlənən badamın kilosu Rusiyadan 25,6 dollara, İsraildən 16,5 dollara idxal edilib.
Qeyd edək ki, 2019-cu ildə idxal payı çox olan ABŞ-dan gətirilən badamın qiyməti 6,6 dollar olub.