Azərbaycan yüksək texnologiyaların ixracındakı artıma görə Avropada ikincidir

Date:

Paylaş:

Böyük Britaniyanın “London loves Business” nəşri yüksək texnologiyaların ixracındakı artıma görə Avropa ölkələrinin siyahısını tərtib edib.

Nəşr hansı ölkələrin daha böyük artım göstərdiyini araşdırmaq məqsədi ilə Dünya Bankının yüksək texnologiyaların ixracatı üzrə 10 illik məlumatlarını təhlil edib.

Agentliyin məlumatına görə, Azərbaycan 41,1% orta illik artım tempi ilə ikinci yerdədir. 2006-cı ildə ixrac 9073107 dollar həcmində olubsa, 2016-cı ildə bu göstərici 9132464 dollar təşkil edib. Azərbaycanın 2016-cı ildə ixracatının 49,9%-i Avropa ölkələrinə, 46,4%-i isə Asiya idxalatçılarına çatdırılıb.

“World Factbook” Mərkəzi Kəşfiyyat Agentliyinin hesablamalarına əsasən, Azərbaycandan ixrac olunan məhsullar və xidmətlər Azərbaycanın ümumi istehsalının 45,9%-ni təşkil edir.

Yüksək texnologiyalı məhsulların ixracı üzrə ən yüksək orta illik artım göstəriciləri həmçinin reytinqin lideri Albaniyada və Monteneqrodadır.\marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...