Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – REYTİNQ

Date:

Paylaş:

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Verilən məlumata görə, 72-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Reytinq cədvəlinə Yaponiya və Sinqapur başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 189 ölkəyə səfər edə bilər.

İkinci yerdə qərarlaşan Almaniya pasportu ilə isə 188 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahıda ilk üçlüyü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar Danimarka, Finlandiya, Fransa, İtaliya, İsveç və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 187 ölkəyə səyahət edə bilər.

Qonşu ölkələrdən 46-cı yerdə göstərilən Rusiya pasportu 118, 48-ci yerdə qərarlaşan Gürcüstan pasportu 112, Türkiyə pasportu isə (49-cu yer) 111 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır.

Ermənistan pasportu 76-cı yerdə (62 ölkə) qərarlaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...