Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – REYTİNQ

Date:

Paylaş:

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

“Bizplus.az”-ın məlumatına görə, 74-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Reytinq cədvəlinə Yaponiya başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 190 ölkəyə səfər edə bilər.

İkinci yerdə qərarlaşan Sinqapur və Cənubi Koreya pasportu ilə isə 189 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahıda ilk üçlüyü Almaniya və Fransa tamamlayır – 188 ölkə.

Qonşu ölkələrdən 48-cı yerdə göstərilən Rusiya pasportu 119, 51-ci yerdə qərarlaşan Gürcüstan pasportu 119, Türkiyə pasportu isə (52-ci yer) 111 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır.

Ermənistan pasportu 79-cu yerdə (61 ölkə) qərarlaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...