Türkiyə və Azərbaycan prezidentlərinin Bakı görüşü və “15 milyard dollarlıq ticarət əməkdaşlığı” sonrası iki ölkənin KOB-larını təmsil edən dəyirmi masa keçirildi. Toplantı 27 fevral 2020-ci ildə “Ziraat Bank Azərbaycan”nın baş ofisində təşkil edilib.
Dəyirmi masada, Türkiyə Səfirliyi, KOBİA və Türkiyədə bunun bənzər orqanı olan KOSGEB, TUİB, ATİB, MÜSAİB, bank rəhbərləri, kiçik və orta biznes sahibləri və rəhbərləri və eləcə də media mənsubları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın və Türkiyənin kiçik və orta biznes sahibləri arasında əlaqələrin daha da sıxlaşdırılması və buna dair yeni platformanın qurulması hədəflənib.
“Bu platforma artıq ərsəyə gəlmək üzrədir”, – deyə “Ziraat Bank Azərbaycan” ASC-nin sədri olan Avını Demirçi deyib. Görüşdə həmçinin, KOBİA və KOSGEB-dən tərəfindən qanunvericiliklə və digər mühüm imkanlarla bağlı şirkət və bank rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.