Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.
Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.
İşgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.
Tədbir noyabrın 16-da Bakı Biznes Mərkəzində keçiriləcək.