Azərbaycan və Hindistanın nəqliyyat sektorunda ümumi maraqları var

Date:

Paylaş:

Hazırda Azərbaycanda hind kapitalı ilə 230 şirkət fəaliyyət göstərir.

Bunu Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Hindistanın Respublika gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.

R.Həsənov bildirib ki, Azərbaycanla Hindistanın tarixi mədəni əlaqələri var. Hindistanın vitse-prezidentinin ötən il Bakıda Qoşulmama Hərəkatının toplantısında iştirakı və keçirilmiş ikitərəfli görüşlər münasibətlərin inkişafında mühüm rol oynayıb.

Nazir müavini Hindistanla Azərbaycan arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini də qeyd edib:

“Birgə hökumətlərarası komissiya çox uğurlu fəaliyyət göstərir. Ötən il Azərbaycanla Hindistan arasında ikitərəfli ticarətin həcmi 1,1 milyard dollar olub. Hazırda Azərbaycanda hind kapitalı olan 230 şirkət fəaliyyət göstərir. Hindistan şirkətləri bu günə qədər Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub. Azərbaycan və Hindistanın nəqliyyat sektorunda da ümumi maraqları var. İki ölkə malların Avropaya daha qısa müddətdə və ənənəvi marşrutlardan daha aşağı qiymətlərlə çatdırılacağı Şimal-Cənub dəhlizi layihəsində iştirak edir. Enerji sahəsində də əlaqələr sürətlə inkişaf edir. Energetika sahəsində də əlaqələr sürətlə inkişaf edir. Hindistanın “ONGC Videsh” şirkəti Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft və qaz yataqları blokunun işlənməsində paya sahibdir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...