2020-ci ildə Azərbaycan tərəfindən Ukraynaya investisiya qoyuluşları $1,5-2 milyard təşkil edə bilər.
Bu sözləri Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Biz investisiya qoyuluşlarının həcmini $1,5-2 milyardadək artırmaq istəyirik. Və indi bunu iki Ticarət evimiz vasitəsilə etmək niyyətindəyik – bunlar Ukrayna və Azərbaycanın biznes dairələrinin toplaşaraq lazımlı və konkret məsələləri müzakirə etdikləri yaxşı meydançalar və iqtisadi imkanlardır”, – deyə o, Ukraynanın “Ukrinform” agentliyinə müsahibəsində bildirib.
Səfir, həmçinin qeyd edib ki, artıq ukraynalı tərəfdaşlar arasında bu və ya digər ərazidə daha çox birgə müəssisənin yaradılması haqqında razılaşmalar əldə edilib.
“Biz bura investisiya qoymaq niyyətindəyik. Bu səbəbdən bu yaxınlarda iqtisadiyyat nazirimizlə danışdım. O, Ukrayna, Belarus və Moldovaya səfərlər edəcək. Prezidentimiz bu regionda iqtisadi mövqelərimizi gücləndirməklə bağlı göstəriş verib”, – deyə A.Xudiyev əlavə edib.