Azərbaycan 2018-2019 marketinq ilində Ukraynadan şəkər idxalında ikinci yeri tutub.
Bu barədə “Ukrtsukor” assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, 2018-ci ilin sentyabrından 2019-cu ilin avqust ayına qədər Ukrayna istehsalçıları Azərbaycana 74 min ton şəkər ixrac edib. Bu da əvvəlki ilin göstəricisi (43 min ton) ilə müqayisədə 72,1% çoxdur.
Bu müddət ərzində Ukrayna istehsalçıları, ümumilikdə, 144,3 milyon dollar dəyərində 409,8 min ton şəkər ixrac edib. Bu, ötən illə (564 min ton) müqayisədə 27% azdır.
Özbəkistan Ukraynadan şəkər idxalında lider olaraq qalır, sadəcə, bu ölkəyə daşımalar xeyli azalaraq 210 min tondan 96 min tona düşüb.
Üçüncü yerdə 36 min ton göstərici ilə Tacikistan qərarlaşıb.