Azərbaycan traktor istehsalını dayandırıb

Date:

Paylaş:

Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodu 2020-ci ilin yanvarından artıq Belarus traktorlarının yığımını dayandırıb.

İstehsalın dayanmasının səbəblərindən biri traktorların satılmamasıdır. Zavodun anbarında 286 traktor satılmamış qalıb.

Azərbaycanda traktor istehsalında tənəzzül başlaması ötən ilə təsadüf edir. Belə ki, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. Bu isə 2018-ci illə müqayisədə traktor istehsalının 30.5% azalması deməkdir.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.

2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağıayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün  Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.

Gəncə Avtomobil Zavodunun istehsalının azalması da, güman ki, elə dövlət sifarişlərinin olmaması ilə bağlıdır. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlər bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...