Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.
Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviriElxan Mikayılov deyib.
Onun sözlərinə görə, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib: “Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.