Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 197,3 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 47,4 faiz artım, geyim istehsalında 0,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 27,7 faiz azalma müşahidə olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlnda deyilir.
Məhsul növləri | 2019-cu ilin yanvar-may aylarında
istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.06.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Toxuculuq məhsulları | |||
Pambıq lifi, ton | 40 721,8 | 148,6 | 10 298,7 |
Hazır pambıq parçalar,
min kv.m |
7 911,9 | 113,7 | 2 630,8 |
Pambıq iplik, ton | 16 517,0 | 181,6 | 2 175,3 |
ondan əmtəəlik | 16 517,0 | 181,6 | 2 175,3 |
Pambıq yataq ağları, min ədəd | 315,9 | 3,2 d. | 5,9 |
Xalça və xalça məmulatları, kv.m | 1 263,4 | 2,4 d. | 2 549,8 |
Geyim istehsalı | |||
Üst trikotaj, min ədəd | 33,8 | 49,9 | 1,8 |
Alt trikotaj, min ədəd | 263,1 | 2,2 d. | 28,9 |
Corab məmulatları, min cüt | 1 057,5 | 110,9 | 4,0 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd | 183,6 | 122,2 | 2,3 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd | 805 | 0,8 | 4370 |
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd | 1 147 | 57,7 | – |
Dəri və dəridən məmulatlar, ayaqqabılar | |||
Dəri, min kv.m | 28,9 | 116,1 | 140,0 |
Aşılanmış xəz dərilər, min kv.m | 29,4 | 39,4 | 29,4 |
Ayaqqabı, min cüt | 85,7 | 143,3 | 24,1 |