Azərbaycan startapı Çində şirkət kimi qeydiyyatdan keçib

Date:

Paylaş:

Azərbaycanın “Horizon Next” startapı Çində şirkət qismində qeydiyyatdan keçib. Bunu  startapın rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, Çin dövləti tərəfindən şirkətin istifadəsinə 5 illik müddətə yer ayrılıb, icra olunacaq layihəyə isə 15 min dollaradək qrant ayrılacaq.

“Söhbət görmə məhdudiyyətli və tamamilə görmə qabiliyyətini itirmiş uşaqlar üçün “Braille Teach” adlı qurğunun istehsalından gedir. Bu qurğuların müəyyən hissələri Azərbaycanda, elektronika hissəsi isə Çində istehsal olunacaq. Artıq İngiltərədən toplam olaraq 50 min ədəd “Braille Teach” qurğularının sifarişini almışıq. İyun-iyul aylarında sınaq nüsxələri bu ölkəyə göndəriləcək. Sentyabr ayında isə növbəti partiya yola salınacaq”, – deyə R. Əliyev bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...