Azərbaycan startapçısı ABŞ-da iş prinsipiləri ilə bağlı status paylaşıb

Date:

Paylaş:

Azərbaycan startapçısı, «Aztraqam» şəbəkəsinin təsisçilərindən biri, hazırda ABŞ-da işləyən Fərhad Ələkbərov ABŞ-ın və dünyanın texnoloji mərkəzi sayılan Silikon Vadisində iş prinsipiləri ilə bağlı paylaşım edib. F.Ələkbərov bildirir ki, startapların uğur qazanması üçün işə böyük vaxt ayırmaq və bir neçə sahədən məlumatlı olmaq tələb olunur.

«Amerika, Silikon Vadisi. Bazar günü səhər 9:45.

PEETS Coffee. Oturmağa bir dənə də yer yoxdur. Oturanların yarısı kompüterdə işləyir. Yarısı öz dostları ilə görüşüb, nəyisə müzakirə edir.

Azərbaycanda digər regionları demirəm, gedin görün, Bakıda bazar səhəri neçə nəfər ofisdə, kafedə oturub işləyir? Sonra da geridə qaldığımızdan şikayətlənirik.

Burada startap şirkətlərdə işləyən işçi axşam 5-6-da işdən çıxıb evə getsə, 2 ay sonra ərizəsin yazıb göndərərlər. Hamıya “hardworking” işləyən, 5 fərqli sahə üzrə biliyi olan insanlar lazımdır.

Startapçılar bütün günü orda-burda qidalanıb, gecələri belə işləyirlər. Hələ bu işlərə əlavə olaraq aylıq xərclərini qarşılamaq üçün Uber, Lyft taksi sürürlər.

P.S. Kənd yerlərində insanların hətta səhər 5-dən durmasından xəbərim var. Söhbət əqli işdən gedir. Yeni texnologiyalar və s.

Cek Manın danışdığı günlük 6 saat iş filan xülyalarına uymayın. İşləyin!»

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...