Azərbaycan şirkətləri fındığa yeni müştəri tapdılar

Date:

Paylaş:

Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb. Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...