Azərbaycan şirkətləri Dubayda yeni müştərilər tapdılar

Date:

Paylaş:

Məlumat veridiyi kimi, “Made in Azerbaijan” brendinin təşviqi, istehsalın və ixracın  stimullaşdırılması məqsədilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2019” beynəlxalq qida sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edir.

Artıq sərgi çərçivəsində Azərbaycanda istehsal olunan məhsulların ixracına dair razılıqlar əldə olunub.

Belə ki, “Babək Sirab” şirkəti Səudiyyə Ərəbistanı, “Gədəbəy Mineral Suları” şirkəti  isə Oman, BƏƏ və Hindistandan olan şirkətlərlə qazsız suların  ixracına dair ilkin razılığa gəliblər. “Eco Dry” şirkətinin Oman və BƏƏ şirkətləri ilə meyvə qurularının ixracına dair apardığı danışıqlar da razılıqla nəticələnib.

“Delta” şirkəti bir sıra Afrika ölkələrinə məhsulların satışına dair distribütor şirkətlə razılıq əldə edib.

Bundan başqa, “Crispa snacks” şirkəti Hindistan, İraq və BƏƏ şirkətləri, ”Aznar”  və “Azersun” şirkətləri isə BƏƏ və Hindistan şirkətləri ilə, “APİAZ” şirkəti BƏƏ və Küveytdən olan sahibkarlarla, ”Balxurma” şirkəti isə  Argentina, Səudiyyə Ərəbistanı, BƏƏ və Hindistandan olan şirkətlərlə ixraca dair müzakirələr aparıb.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və İraqdan olan şirkətlərin “Şirin” şirkətinin məhsullarina marağı böyük olub. “Atena” şirkəti məhsullarının Liviyaya, “Tac” və “Ayan” şirkətləri BƏƏ şirkəti ilə nar limonadının ixracına dair danışıqlar aparıb.

“CanPa” şirkəti BƏƏ-dən olan şirkətlə məhsulların satışına dair razılıq əldə edib, yaxın günlərdə qənnadı məhsullarının ixracına başlanılacaq.

“Gulfood 2019” beynəlxalq qida sərgisi fevralın 21-də başa çatacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...