Azərbaycan şirkəti Gürcüstanda logistika layihələrinə investisiya yatırır

Date:

Paylaş:

Beynəlxalq yük daşınmaları ilə məşğul olan “Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkəti gələcək layihələr çərçivəsində Gürcüstanda logistika ilə bağlı bir neçə layihəyə investisiya yatırır.

Həmin layihələr başa çatdıqdan sonra Azərbaycan – Gürcüstan və Rusiya arasında beynəlxalq tranzit yükdaşımalarının logistika qovşağı kimi xidmət göstərəcək. Bu barədə şirkətin baş direktoru Sabir Əliyev bildirib.

Vaxtilə Böyük Britaniya təsisçiləri və sərmayəçilərinin dəstəyi ilə təsis edilmiş, hazırda isə 80 nəfərdən artıq azərbaycanlı işçiləri olan “Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkəti Xəzəryanı regionda və xüsusilə də Zaqafqaziyada avtomobil, hava, su, dəmir yolları ilə beynəlxalq yük daşınmaları həyata keçirir, eyni zamanda gömrük brokeri, saxlanc (anbar) xidmətləri ilə məşğul olur.

Şirkətin Qaradağ rayonunda açıq sahəsi 8 min kvadratmetr, qapalı anbar sahəsi isə 2 min kvadratmetrdən ibarət olan anbar kompleksi var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...