Azərbaycan şirkəti fındıq satışından 800 min dollar qazanacaq

Date:

Paylaş:

Azərbaycan şirkəti 28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində 800 min dollar dəyərində müqavilə imzalayıb.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

“28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycan şirkəti 132 ton fındığın tədarükü haqqında 800 min dollar dəyərində müqavilə imzalayıb”, – deyə o, bildirib.

Lakin Y.Abdullayev təchizatçı şirkətin adını açıqlamayıb.

Xəbər verildiyi kimi, 24-27 sentyabr tarixlərində keçirilən sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur. Vahid ölkə stendinin ümumi sahəsi 415 kvadratmetrdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...