Azərbaycan sahibkarları “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar

Date:

Paylaş:

Sahibkarlar oktyabrın 3-6-da Moldovanın paytaxtı Kişineu şəhərində ölkənin ən əlamətdar iqtisadi hadisəsi – işgüzar mühit, sərmayə və ixracın təşviqinə həsr olunmuş IV “Moldova Biznes Həftəsi 2017” tədbirinə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtaca bildiriblər ki, “Moldova Biznes Həftəsi 2017” ikitərəfli görüşlər formatında təşkil olunan tədbirlər və müzakirələr, o cümlədən potensial tərəfdaşlarla birbaşa əlaqə, eləcə də investisiya sahəsində plan və son tendensiyalar üzrə bir sıra sessiyalar, sərmayəçilər üçün imkanlar, habelə Moldovada biznesin təşkili və inkişafı əməliyyatlarının araşdırılması üçün platformadır.

Dörd gün ərzində “Moldova Biznes Həftəsi 2017” milli və beynəlxalq səviyyədə avtomobil, enerji, kənd təsərrüfatı məhsulları, təhsil, tikinti, emal, turizm, informasiya və kommunikasiya texnologiyayaları, ticarət, tekstil, geyim və ayaqqabı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü müəssisə və institutlardan olan iş adamları, sərmayəçilər, siyasi dairələr və sənaye liderlərini, eləcə də inkişaf tərəfdaşları və diplomatik korpus nümayəndələrini bir araya toplayacaq. “Moldova Biznes Həftəsi 2017″nin ümumi təşkilatçıları Moldova İqtisadiyyat və İnfrastruktura Nazirliyi və Moldova İnvestisiya və İxracın Təşviqi Təşkilatıdır (MIEPO).

Qeyd edək ki, Moldova özünün rəqabətli işgüzar mühiti, habelə təhsilli, gənc və çoxdilli əhalisi sayəsində beynəlxalq şirkətlərə Avropa və MDB bazarlarına çıxış imkanı verməklə yanaşı, onların əməliyyat xərclərini optimallaşdıran, rəqabətli məvacib mühitində bacarıqlı əmək qüvvəsini aşkar edən və ya şirkətin yerdəyişməsindən asılı olmayaraq paylayıcı şəbəkə, yaxud toplaşma məntəqələrinə yaxınlığını təmin edən məkandır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...