Azərbaycan Rusiya qarşısında 1,2 milyard dollar mənfidədir

Date:

Paylaş:

2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Bu barədə  Dövlət Gömrük Komitəsinin (DGK) hesabatından məlum olur. 

“Bizplus.az” “FED.az”-a istinadla xəbər verir ki, hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

“Hesabat dövründə Azərbaycan Rusiyaya 665 mln. 741 min dollar dəyərində məhsul ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ildə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb”, –  hesabatda bildirilir.

 

2018-ci ildə Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 885 mln. 165 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 21,3% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,7% Rusiyadan tədarükün payına düşüb.

Beləliklə, 2018-ci ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu  1 mlrd. 219 mln. 443 min dollar təşkil edib.

2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi  2 mlrd. 141 mln. 283 min dollar təşkil etmişdi ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çox idi 2017-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşmüşdü.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...