Yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi, yəni restoran və kafelərin gəliri 193 milyon manat olub.
Bizplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə restoranların gəliri 3,6 faiz artıb.
İctimai iaşə sahəsinin böyük hissəsi 190,5 milyon manatı özəl sektorun, 2,5 milyon manat isə dövlət sektorunun payına düşür.
Özəl restoranlarda dövriyyəsinin 40,4 faizi şirkətlərə məxsus olan restoranların, 59,6 faizi isə fiziki şəxs olan fərdi sahibkarlara məxsus restoranların payına düşür.
Ötən illə müqayisədə dövlət restoranlarının gəlirləri təqribən 8% azalıb. Özəl sektorda isə 3,8% artım baş verib.
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 76,7 milyon manat təşkil edib.
Fərdi sahibkarların restoranlarında isə dövriyyə 4% artaraq 113,8 milyon manat olub.