Azərbaycan Polşaya ilk alüminium profil  məhsulları ixrac etdi

Date:

Paylaş:

Sumqayıt Texnologiyalar Parkı  Polşaya alüminium profil məhsulları yola salıb. Bu STP ilə yanaşı Azərbaycan tarixində Polşaya ilk alüminium profil  məhsulları ixracıdır. Satışla bağlı ilkin danışıqlar 2019-cu  ilin yanvar ayından başlayıb və mart ayının sonlarında  sifarişçi  şirkətə  test məhsullar yola salınmışdır.  Məhsullar beynəlxalq  standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün  müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac  olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir. 

Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki,  hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də  Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.

İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı Avropanın lider  ölkələrindəndir.  Digər Avropa ölkələri alüminium profil məhsullarını  bu  ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hal-hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan öncə Danimarkaya  bir neçə dəfə alüminium profil məhsulları ixrac edib. 

Sumqayıt Texnologiyalar Parkı 2014-cü ildən başlayaraq  fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama kimi sahələr də fəaliyyət göstərir.  STP-nin Alüminium Profillər Zavodununistehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verir. Məhz bu səbəblərə görə də xarici bazarlarda da yüksək maraqla qarşılanır. 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdədir. STP 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...