Azərbaycan Polşaya çay ixrac edəcək

Date:

Paylaş:

Azərbaycanın Polşanın Varşava şəhərinə təşkil etdiyi ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, missiyaya şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxil olub.

Missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. O cümlədən “Astara Çay” MMC istehsal etdiyi çayın Polşaya ixracına dair ilkin razılıq əldə edib.

İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri, həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə Azərbaycan şərablarından biri mükafata layiq görülüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...