Azərbaycan Pakistanda Ticarət Evi açmağı hədəfləyir

Date:

Paylaş:

Azərbaycanın Pakistanın Lahor şəhərində Ticarət Evi açması ilə bağlı marağı var.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu proses üzərində iş aparılır.

Belarus, Latviya, Polşa, Rusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Belarusda açılıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Pakistanın ümumi ticarət dövriyyəsinin həcmi 9 030,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 028,64 min dollar və ya 29% çoxdur. Bu məbləğin 250,72 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 402,68 min dollar və ya 2,6 dəfə azdır. Pakistanın idxalının Azərbaycanın ümumi ixracdakı payı 0% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Pakistandan 8 779,86 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 431,32 min dollar və ya 38,3% çoxdur. Pakistanın ixracının Azərbaycanın ümumi idxaldakı payı 0,10% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Pakistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 7 001,94 min dollar təşkil edib. Bu həcmin 653,4 min dolları Azərbaycanın ixracının, 6 348,54 min dolları isə Azərbaycanın idxalının payına düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...