2018-ci ildə Azərbaycan Rusiyaya 34,7 mln. ABŞ dolları dəyərində alma ixrac edib.
Bu, qonşu ölkənin idxal etdiyi almanın 6,7%-i deməkdir.
Belə ki, ötən il Rusiya 517.4 mln. dollarlıq alma idxal edib. Bu da əvvəlki ilə nisbətən 126 dəfə çoxdur. Xatırladaq ki, 2017-ci ildə Rusiyanın alma idxalının dəyəri 4,1 mln. dollar təşkil edib.
Rusiyaya alma satan ölkələrin siyahısında ilk yeri Serbiya tutub. Alma idxalının 20,7%-i bu ölkənin payına düşüb. 2-ci yerdə Moldova (20,5%), 3-cü yerdə isə Çin (16,55) qərarlaşıb. Bununla yanaşı, Rusiyaya İran (7,3%), Türkiyə (7,2%), Çili (5%), Belarus (3,4%), Cənubi Afrika (3,4%), Argentina (3%), Braziliya (2%), Yeni Zelandiya (2,8%) və Makedoniyadan (1,2%) da alma idxal edilib. \Report