AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ixrac missiyasının iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları, distribüterlik məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.
Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “VOP Dubai”da da iştirak ediblər. Sərgi çərçivəsində “Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabət qabiliyyətli və ixracyönümlü məhsullarımızın, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar olub. Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ-yə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib. “Sunfood” şirkəti nar şirəsinin və çayın, “Səba” ət məhsullarının, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. “Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair “Vit” şirkəti ilə ilkin razılığa gəlib. “Azprotein” şirkəti “Al-Tayeb” pərakəndə və topdansatış distribüter şirkəti ilə və “Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.
İxrac missiyasının iştirakçıları, həmçinin bazar və iri market şəbəkələrində olublar.
857837 424890Hey man, .This was an excellent page for such a hard topic to talk about. I look forward to reading many far more excellent posts like these. Thanks 933562
612900 464474Your article is truly informative. A lot more than that, it??s engaging, compelling and well-written. I would desire to see even more of these types of fantastic writing. 414114