Azərbaycan kartof, soğan və kələn ixracına gömrük rüsumlarını artırdı

Date:

Paylaş:

Azərbaycandan ixrac edilən soğan və kələmin hər kiloqramına 2 dollar, kartofun hər kiloqramına isə 1 dollar rüsum alınacaq. 

Azərbaycan kartof, soğan və kələn ixracına gömrük rüsumlarını artırdı. Məqsəd ölkə daxilində istehsal edilən bu məhsulların ixracını məhdudlaşdırmaq və qiymətləri aşağı salmaqdır. 

 Baş nazir “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, kartof, soğan və kələm üzrə ixrac gömrük rüsumları artırılıb.

Belə ki, 1 kq təzə və ya soyudulmuş, nişasta istehsalı üçün kartofun ixrac rüsumu 30.04.2019-cu il tarixinədək 1 kq üçün 1,0 ABŞ dolları müəyyən edilib. 

Soğan üçün isə 31.05.2019-cu il tarixinədək 1 kq üçün 2,0 ABŞ dolları ixrac gömrük rüsumi tətbiq ediləcəkdir.

Bundan əvvəl soğanın ixracı zamanı 15.12.2019-cu il tarixinədək rüsum “1 kq – 0,6 ABŞ dolları” müəyyən edilmişdi.

Ağbaş və qırmızıbaş kələm və digərləri üçün gömrük rüsumu da 31.05.2019-cu il tarixinədək 1 kq üçün 2,0 ABŞ dolları müəyyən edilib.

Qeyd edək ki, son günlər Azərbaycanda soğan və kələm kəskin bahalaşıb. Hökumət bu məhsullarının idxalını rüsumdan azad edərək, ixracına isə yüksək rüsum tətbiq edərək qiymətləri sabitləşdirməyə çalışır. Yanvar-Fevaral aylarında Azərbaycan soğanı Türkiyə, Yunanıstan və İtaliyaya daşınıb. Eyni zamanda, İran soğan və kartof ixracına qadağa qoyub.

QƏRAR № 150

Bakı şəhəri, 5 aprel 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0, 0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;

1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq – 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.

1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd.

Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.

2. Bu Qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.

 

Azərbaycan Respublikasının

Baş naziri Novruz Məmmədov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...