bir müddətdir Azərbaycanda özəl sərmayələri də İT sahəsinə cəlb etmək, yerli investorların maraqlarını artırmaq üçün İnvestorlar Klubu yaradılmasına başlanıb.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu istiqamətdə müzakirələr aparılır, müəyyən işlər görülür.
Son vaxtlar məsələ ilə bağlı işlərin sürətləndiyi müşahidə edilir.
Fonddan verilən məlumata görə, artıq yerli şirkətlərlə danışıqlar başlayıb. Belə ki, bu işə İT sahəsində və digər sektorlarda olan investorlar cəlb edilir.
Məlumata görə, İnvestorlar Klubun yaradılması nazir Ramin Quluzadənin də diqqətindədir.
Qeyd edilib ki, Klub İT layihələrin inkişafında investorların iştirakını nəzərdə tutur.
İlkin mərhələdə yerli investor bazasını formalaşdırmağı qarşına məqsəd qoyan Klub gələcəkdə xaricdən də investorlar cəlb etmək niyyətindədir.
İli sonuna qədər hazır olacaq İnvestorlar Klubu İT sahəsində də uğurlu investorlar formalaşdırmağa çalışacaq.
© Xeberler.az